...

“SOCAR Media” beynəlxalq qabaqcıl jurnalistikanın təcrübəsinin öyrənilməsi məqsədi ilə seminar keçirir

İqtisadiyyat Materials 7 Mart 2019 12:31 (UTC +04:00)

Bakı. Trend:

“SOCAR Media” öz missiyasına sadiq olaraq, Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar təşkil edir.

Trend-in məlumatına görə, Azərbaycanda rəsmi fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal olan jurnalistlər, habelə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri seminarda iştirak etmək məqsədi ilə qeydiyyatdan keçə bilərlər.

Seminar martın 11-də "SOCAR Tower"də keçiriləcək. Seminarda SOCAR rəhbərliyi, eləcə də tanınmış beynəlxalq jurnalistlər Svenya O’Donnel, Ceyms Qavin, Lourens Dor, Caylz Braun iştirak edəcəklər. Seminarda təşkil olumuş ayrı-ayrı sesiyalarda neft-qaz mövzusunda reportajların hazırlanması ilə bağlı tanıtım; geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması; enerji mövzuları üzrə nece effektiv jurnalist olmalı; ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması; yalan xəbərlərlə mübarizədə medianın rolu mövzularında məruzələr dinləniləcək, müzakirələr keçiriləcəkdir. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.

Xatırladaq ki, tədbir martın 11-də saat 9:30 da başlayacaqdır. İştirak etmək istəyənlər 07 mart saat 16:00-dək 050-344-77-92 nömrəli telefonla, Vüsal Əhmədovla əlaqə saxlayaraq qeydiyyatdan keçməlidirlər.

Məruzəçilər haqqında qısa məlumat:

Svenya O’Donnell: xarici, iqtisadi, siyasi mövzularda işləyən beynəlxalq jurnalist (Bloomberg, FT, Sunday Times, The Independent-də 15 illik iş təcrübəsi);

Ceyms Qavin: Neft-qaz, Yaxın Şərq mövzuları üzrə ixtisaslaşmış jurnalist (Petroleum Economist, MEED);

Caylz Braun: baş icraçı direktor, Social360 (sosial media və kommunikasiya mütəxəssisi);

Lourens Dor: tərəfdaş, DRD Partnership (London PR konsaltinqi).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti