...

PwC Azərbaycan şirkəti "AHK-Impuls" tədbirinin premium sponsoru olub

İqtisadiyyat Materials 6 May 2019 15:22 (UTC +04:00)
PwC Azərbaycan şirkəti "AHK-Impuls" tədbirinin premium sponsoru olub.
PwC Azərbaycan şirkəti "AHK-Impuls" tədbirinin premium sponsoru olub

Bakı. Trend:

PwC Azərbaycan şirkəti Alman-Azərbaycan ticarət palatası tərəfindən “Hyatt Regency” otelinin iclas və konfrans mərkəzində üzv şirkətləri üçün təşkil edilmiş "AHK-Impuls" tədbirinin premium sponsoru olub.

PwC Azərbaycan Şirkətindən Trend-ə verilən məlumata görə, şirkətin Risklərin Təhlili və Nəzarəti qrupunun Baş Meneceri Otabek Sidikov “Effektiv İdarəetmə üçün üç müdafiə xətti” mövzusunda nitq ilə çıxış edərək idarəetmənin daha effektiv və təhlükəsiz edilməsi üsullarını vurğulayıb. Çıxışından sonra Otabek Sidikov AHK üzvlərinin bir neçə sualına cavab verib.

Tədbirin fəxri qonağı olan Dünya Bankının Azərbaycan üzrə Meneceri Navid Həsən Naqvi “Azərbaycanın İqtisadi Perspektivləri” mövzusunda çıxış edib.

© 2019 PwC. Bütün hüquqlar qorunur. PwC təşkilatlara və fiziki şəxslərə qarşıya qoyulmuş məqsədlərinə nail olmaqda köməklik göstərir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 250,930 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələlər haqqında daha ətraflı məlumat üçün: www.pwc.com/az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti