...

Ağcabədidə ölmüş vəziyyətdə kəsilən iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb (FOTO)

İqtisadiyyat Materials 22 May 2019 13:24 (UTC +04:00)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağcabədi rayonu Xocavənd kəndində məskunlaşan Bəxtiyar Mahmudovun həyatyanı sahəsinə baxış keçirilib.
Ağcabədidə ölmüş vəziyyətdə kəsilən iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Ağcabədi rayonu Xocavənd kəndində məskunlaşan Bəxtiyar Mahmudovun həyatyanı sahəsinə baxış keçirilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, baxış zamanı vətandaş Bəxtiyar Mahmudovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

AQTA əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib.

Həmçinin heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti