...

Bu gün Abşeronun bir hissəsində işıq olmacayaq

İqtisadiyyat Materials 9 Sentyabr 2019 11:40 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Abşeron rayonu Məhəmmədi kəndinin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Trend-ə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, fasilənin yaranmasına səbəb Bağlar RETSİ-nin xidməti ərazisi olan həmin kəndin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq "Zabrat" yarımstansiyasından çıxan 10 kVt-luq "Məhəmmədi-1" elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləridir.

Yaranmış narahatlığa görə "Azərişıq" istehlakçılardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti