...

PwC-nin Mərkəzi və Şərqi Avropa üzrə Partnyorları Bakıda ADA Universitetinin tələbələri ilə biznes və cəmiyyətin gələcəyi mövzusunda birgə görüş keçirib (FOTO)

İqtisadiyyat Materials 1 Oktyabr 2019 19:14 (UTC +04:00)
PwC-nin Mərkəzi və Şərqi Avropa (CEE) üzrə yeni təyin edilmiş partnyorları cari ildə Bakı şəhərində keçirilən PwC CEE Partnyorlarının İllik Konfransı çərçivəsində nüfuzlu ADA Universitetinin tələbələri ilə görüş keçirib.
PwC-nin Mərkəzi və Şərqi Avropa üzrə Partnyorları Bakıda ADA Universitetinin tələbələri ilə biznes və cəmiyyətin gələcəyi mövzusunda birgə görüş keçirib (FOTO)

Bakı. Trend:

PwC-nin Mərkəzi və Şərqi Avropa (CEE) üzrə yeni təyin edilmiş partnyorları cari ildə Bakı şəhərində keçirilən PwC CEE Partnyorlarının İllik Konfransı çərçivəsində nüfuzlu ADA Universitetinin tələbələri ilə görüş keçirib.

Trend-in məlumatına görtə, Partnyorların Konfransı regionda hədəflərin müəyyən edilməsi, şəbəkələşmə və biznesin gələcəyinin planlaşdırılması mövzusunda CEE üzrə 285 partnyoru, eləcə də region və PwC Qlobal Şəbəkəsinin liderlərini bir araya gətirib.

Tədbirdə PwC CEE üzrə yeni təyin edilmiş 25 partnyor və ADA Universitetinin MBA və İctimai Siyasət proqramları üzrə təhsil alan 75 tələbə gələcək biznes liderləri kimi öz ambisiyaları, regionda iqtisadiyyatın və cəmiyyətlərin üzləşdiyi meqatendensiyalar və problemlər haqqında ətraflı müzakirələr aparıb. PwC Şəbəkəsi üzrə Strategiyaların Hazırlanması və Liderliyin İnkişafı üzrə Lider Bler Şepardın moderatorluq etdiyi tədbirdə ADA Universitetinin Prorektoru cənab Fariz İsmayılzadə, PwC CEE-nin Baş Direktoru cənab Nik Koş və PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru cənab Movlan Paşayev iştirak ediblər.

"İllərlə davam edən sürətli qloballaşmadan sonra bu gün dünya iqtisadiyyatının daha çoxqütblü olma tendensiyasının şahidi olur, eyni zamanda iqlim dəyişikliyindən tutmuş hərtərəfli texnoloji inqilabın təsirinə görə bərabərsizliyin artmasına qədər bir sıra potensial kataklizmik problemlərlə üzləşirik. Gələcək nəsil biznes və dünya liderləri liderliyin altı paradoksuna əsaslanaraq, bu problemlərin həlli üçün yaradıcı yollar axtarmalıdırlar. ADA Biznes Məktəbinin parlaq tələbələri ilə keçirilmiş bugünkü görüş biznes liderlərinin dünyanın qarşılaşdığı bir çox problemlərin həlli yollarını tapmaqda daha geniş ictimaiyyətlə necə əlaqə yaratmaları mövzusunda çox maraqlı fikirlər ortaya çıxardı" deyə, PwC Strategiyaların Hazırlanması və Liderliyin İnkişafı üzrə Lideri Bler Şepard bildirib.

“Biz fəxr edirik ki, PwC CEE “Partnyorların İllik Konfransının” keçiriləcəyi məkan kimi Bakını və bu il “Yeni Partnyorların Fəaliyyətə Başlaması” Proqramı çərçivəsində ADA Universiteti ilə əməkdaşlığı seçib. Tələbələrimizə yüksək keyfiyyətli təhsil verməyə, biznes sektoru daxil olmaqla müxtəlif maraqı tərəflərlə tərəfdaşlıq qurmağa, eləcə də tələbələrimizin yüksək peşəkarların bilik və ideyalarından istifadə etməsinə şərait yaradırıq. Eyni zamanda, biz universitetimizin Azərbaycanın gələcək nəsil liderlərinin formalaşmasında mühüm rol oynadığına inanırıq. Bu isə öz növbəsində gələcək problemlərin öhdəsindən uğurla gəlmək, xüsusilə iqtisadiyyatımızı davamlı inkişaf etdirmək və şaxələndirmək üçün dərin bilik və bacarıqlar tələb edir. Azərbaycanın gələcəyi üçün PwC ilə qurduğumuz bu strateji tərəfdaşlığı alqışlayıram", deyə ADA Universitetinin Prorektoru cənab Fariz İsmayılzadə öz nitqində bildirib.

"Regional fəaliyyətimiz yüksək templə artmaqdadır və eyni zamanda Şirkətimizin orta və uzunmüddətli perspektivdə rəqabətliliyini təmin edəcək geniş Transformasiya proqramına başlamışıq. Məhsullarımızı, xidmətlərimizi və proseslərimizi 21-ci əsr rəqəmsal iqtisadiyyatın reallıqlarına uyğunlaşdırmaq üçün imkanlarımızı genişləndirir və perspektivli rəqəmsal inkişaf proqramını tətbiq edirik. Partnyorların Konfransını ilk dəfə Bakıda təşkil etdiyimiz üçün çox şadıq. Azərbaycan ən dinamik bazarlarımızdan biridir. Ölkənin son otuz ildə əldə etdiyi tərəqqi və təbii üstünlüklərdən mükəmməl istifadə yolları həqiqətən məni heyrətləndirir "deyə PwC CEE-nin Baş Direktoru cənab Nik Koş öz çıxışında bildirib.

“Bu gün yeni Partnyorlarımız və ADA Universitetinin tələbələri arasında belə bir möhtəşəm görüşün keçirilməsi məni ruhlandırır. Biz həqiqi tərəfdaşlarıq. Universitet rəhbərliyinin hədəfi dünya səviyyəli təhsil müəssisəsi yaratmaq və gənclərin öz potensiallarını reallaşdırması, həqiqi beynəlxalq mütəxəssis olması və cəmiyyətlərimizin çiçəklənməsinə köməklik etməkdir. Bu, PwC dəyərlərinə və cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etmək məqsədimizlə tam üst-üstə düşür" deyə PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru cənab Movlan Paşayev əlavə etdi.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 250,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir.

PwC son 25 il ərzində Mərkəzi və Şərqi Avropada fəallığını artırmışdır. PwC Mərkəzi və Şərqi Avropa tətbiq olunan yerli qanun və qaydalara uyğun olaraq ayrı-ayrı hüquqi şəxslərdən ibarət şirkətlər şəbəkəsidir. Biz yerli bazarlarda müştərilərimizin daha çox uğur qazanması və qlobal rəqabət qabiliyyətini artırmasına köməklik göstəririk. Bu gün regionda 30 ölkə üzrə 60 ofisimizdə 285 partnyor daxil olmaqla 12,000-dən çox əməkdaşımız çalışır.

"PwC" dedikdə PwC şəbəkəsi və/və ya hər biri ayrıca hüquqi şəxs olan PwC şəbəkəsinə üzv olan bir və ya bir neçə şirkətlər nəzərdə tutulur. Ətraflı məlumat üçün www.pwc.com/structure saytına daxil olun.

©2019 PricewaterhouseCoopers. Bütün hüquqlar qorunur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti