...

Bakıda daha 102 ev təbii qazla təmin olunub

İqtisadiyyat Materials 12 Dekabr 2019 20:35 (UTC +04:00)
Dekabr ayının 12-də Sabunçu rayonu Nardaran qəsəbəsi “Ləhiş bağları” yeni yaşayış massivindəki 102 fərdi yaşayış evinə təbii qaz verilib.
Bakıda daha 102 ev təbii qazla təmin olunub

Bakı. Trend:

Dekabr ayının 12-də Sabunçu rayonu Nardaran qəsəbəsi “Ləhiş bağları” yeni yaşayış massivindəki 102 fərdi yaşayış evinə təbii qaz verilib.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, qazlaşdırma işlərinə bu ilin oktyabrın 1-də başlanılıb və qaz çəkilişləri üçün ümumilikdə 11 min metrdən çox müxtəlif diametrli polad borulardan istifadə edilib.

Qeyd edək ki, Bakı şəhərində 2019-cu ildə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 5-də qaz təchizatı həyəta keçirilib, 10-da iş tamamlanıb, 7-də isə qaz çəkilişləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti