...

İran gömrüyündən məhsulların buraxılma müddəti azalıb

İqtisadiyyat Materials 29 Yanvar 2020 17:35 (UTC +04:00)
İrana məhsul idxalı üzrə gömrükdən buraxılma müddəti 26 gündən 4 günə qədər azaldılıb.
İran gömrüyündən məhsulların buraxılma müddəti azalıb

Bakı. Elnur Bağışov - Trend:

İran gömrük keçid məntəqələrindən məhsulların buraxılma müddəti nəzərəçarpacaq dərəcədə azalıb.

Trend-in məlumatına görə, bunu İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və İranın Gömrük Administrasiyasının baş direktoru Mehdi Mirəşrəfi deyib.

M.Mirəşrəfinin sözlərinə görə, hazırda İrana məhsul idxalı üzrə gömrükdən buraxılma müddəti 26 gündən 4 günə qədər azaldılıb.

Mirəşrəfi əlavə edib ki, eyni zamanda İrandan məhsul ixracı 7 gündən 1 günə endirilib.

Nazir müavini bildirib ki, İran gömrüyü qeyd olunan müddəti daha da azaltmağa çalışır. Lakin əlaqədar orqanların çoxluğu və digər məhdudiyyətləri nəzərə aldıqda bu, çətin addımdır.

Qeyd edək ki, 10 ay (21 mart 2019-dan – 20 yanvar 2020-dək) ərzində İrandan 35,5 milyard dollar dəyərində 115 milyon ton məhsul ixrac edilib. Bu müddət ərzində idxal isə 36 milyard dollar dəyərində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti