...

İtaliya ilk tələbat məhsullarına aid olmayan bütün istehsalı dayandırıb

İqtisadiyyat Materials 22 Mart 2020 03:31 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın Baş Naziri Cuzeppe Konte ölkədə ilk tələbat məhsullarına aid olmayan bütün istehsal müəssisələrinin bağlandığını elan edib.

Trend-in məlumatına görə, Baş Nazir bu barədə "Facebook"da xalqa müraciətində deyib.

"Biz İtaliyada yalnız ilkin tələbat məhsulları istisna olmaqla bütün istehsal fəaliyyətini dayandırmağı qərara aldıq", - C.Konte bildirib.

"Fövqəladə sanitar vəziyyət fövqəladə iqtisadi vəziyyətə çevrilir, amma biz bunun öhdəsindən gələcəyik", - deyə Baş Nazir əlavə edib. O vurğulayıb ki, məhdudiyyətlər ərzaq mağazalarının və apteklərin işinə aid deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti