...

İqtisadiyyat naziri Mikayıl Cabbarov Fransa-Azərbaycan işgüzar şurasının növbəti iclasında iştirak edəcək

İqtisadiyyat Materials 5 May 2020 22:17 (UTC +04:00)
İqtisadiyyat naziri Mikayıl Cabbarov Fransa-Azərbaycan işgüzar şurasının növbəti iclasında iştirak edəcək

Bakı. Trend:

Mayın 12-də İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Fransa-Azərbaycan Ticarət və Sənaye Palatası birlikdə "MEDEF İnternational" təşkilatının Fransa-Azərbaycan işgüzar şurasının növbəti iclası keçiriləcək.

Trend-in "MEDEF International"ın saytına istinadən verdiyi məlumata görə, vebinar formatında keçiriləcək tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edəcək.

Görüşdə Azərbaycanda koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün görülən tədbirlər, həmçinin pandemiyanın investisiya layihələrinə, insan resurslarının idarə edilməsinə və gömrük prosedurlarına təsiri müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti