İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası müəyyən edilib

İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası müəyyən edilib

Bakı. Trend:

Nazirlər Kabineti "İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası"nı təsdiq edib.

Trend-in məlumatına görə, Qaydaya əsasən, özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə bu Qaydaya uyğun olaraq, özünüməşğulluğa cəlb edilirlər. Bu Qaydada istifadə olunan anlayışlar "Məşğulluq haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

Həmçinin, özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:

- özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

- əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;

- özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi;

- seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi;

- özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 2 (iki) il müddətində dövri monitorinqi.

Qaydaya əsasən, özünəməşğulluğun təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) "Məşğulluq" altsistemində (MAS) işsizkimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. Agentlik əmək bazarının təhlili əsasında hər il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayını və özünüməşğulluq istiqamətlərini müəyyən edir, bu barədə məlumatları Nazirliyin rəsmi internet saytında yerləşdirir və onların mütəmadi yenilənməsini təmin edir. Özünüməşğulluğun maliyyələşdirilməsi "İşsizlikdən sığorta haqqında" Qanunda nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz kimi qeydiyyata alınmış şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir. Eyni zamanda özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlər vəməlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə Agentliyin yerli qurumları və ya DOST mərkəzləri ( Mərkəz) tərəfindən verilir.

Qaydaya əsasən, məsləhət və məlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərə Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması"na uyğun olaraq, fərdi məşğulluq proqramının hazırlanması üçün aparılan məsləhət xidmətləri zamanı, işaxtaran kimi qeydiyyata alınan zaman verilir.

İşsiz şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə təlimlərə cəlb olunurlar. İşsiz şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir. Təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir. İşsiz şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra 5 iş günü müddətində işsiz şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir. Qiymətləndirmə Agentliyin yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə biznes-planların elektron kabinetə yerləşdirildiyi tarixdən 30 iş günü müddətində, Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar tərəfindən həyata keçirilir. Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər. Komissiya Agentliyin yerli qurumunu və ya Mərkəzi məlumatlandırmaqla aşağıdakı qərarlardan birini qəbul edir və 5 (beş) iş günü müddətində həmin qərarı işsiz şəxsin elektron kabinetində yerləşdirir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərir:

- özünüməşğulluğa cəlb edilir;

- özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ var.

İşsiz şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona "Dövlət satınalmaları haqqında" qanunda nəzərdə tutulmuş qaydada satın alınmaqla və "Daşınar əmlakın yüklülüyü haqqında" qanuna əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin yerli qurumları və ya Mərkəz arasında 2 il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir. Əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxs yaşayış yerini və (və ya) ona verilmiş əmlakdan istifadə yerini dəyişdikdə, bu barədə məlumatı 10 iş günü müddətində elektron kabinetində yerləşdirməlidir. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə, ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 iş günü müddətində Agentliyin yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən 2 il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 ay əvvəl eyni (analoji) əmlak üçün sı Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı ilə təsdiq edilmiş "Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası"na uyğun olaraq, açıq hərracların keçirilməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən satılır.

ABŞ yaxınlarda CAR-a səfər etmiş əcnəbilərə giriş məhdudiyyəti tətbiq edəcək
ABŞ yaxınlarda CAR-a səfər etmiş əcnəbilərə giriş məhdudiyyəti tətbiq edəcək
Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb
Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb
Niderland polisi dünyada ən çox axtarılan narkobarnlardan birini həbs edib
Niderland polisi dünyada ən çox axtarılan narkobarnlardan birini həbs edib
Loading Bars
Xəbər lenti
Sabunçuda partlayış olub, 1 nəfər xəsarət alıb
Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının ikinci həftəsi uğurla yekunlaşıb
Yanvarın 25-də xarici valyutaların manata qarşı məzənnələri
Fransız polisi komendant saatının pozulduğuna görə 110 min cərimə yazıb
Bakıdakı Nizami Gəncəvi heykəlinin yaradılmasının tarixçəsi - Maraqlı faktlar (FOTO)
Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər
Avstraliya Pfizer peyvəndinin istifadəsinə ilkin icazə verib
Alyaskada güclü zəlzələ baş verib
ABŞ yaxınlarda CAR-a səfər etmiş əcnəbilərə giriş məhdudiyyəti tətbiq edəcək
Meksikanın prezidenti koronavirusa yoluxub
Sloveniyada koronavirusun "Britaniya ştammı" aşkarlanıb
Cəbhəboyu ərazilərdə 20 mina, 282 ədəd partlamamış hərbi sursat aşkarlanıb (FOTO)
Futbol üzrə İspaniya çempionatında "Atletiko" "Valensiya"nı məğlub etdi
Qanada avtobus qəzasında ən az 6 nəfər ölüb
Ərdoğan Nigeriya sahillərində qaçırılan gəminin kapitanı ilə telefonla danışıb
İngiltərə Kuboku: "Mançester Yunayted "Liverpul"u məğlub etdi
Bu sahələrin fəaliyyəti bərpa olundu
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub
Bu gündən bərbərxanalar və gözəllik salonları açılır
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Bakıda fərdi evdə yanğın olub
ÜST: Dünyada koronavirus qurbanlarının sayı 2,11 milyonu ötüb
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
İran xarici işlәr naziri Bakıya gəlib
ABŞ-da koronavirus qurbanlarının sayı 417 mini keçib
Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb
Niderland polisi dünyada ən çox axtarılan narkobarnlardan birini həbs edib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib - ŞƏRH
Antarktida sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb
Füzuli rayonunun Aşağı Aybasanlı kəndi (FOTO/VİDEO)
"MOZART" konteyner gəmisi Qabon sahillərinə çatıb
"Quşçu" palçıq vulkanındakı püskürmə zamanı xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini əhatə edir - Dövlət Qoruğunun direktoru (VİDEO)
Qubada karantin postunda saxlanılan şəxsin nəqliyyat vasitəsindən nərə balıqları aşkarlandı
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb
Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır - XİN
İranda koronavirusdan daha 89 nəfər ölüb
Azərbaycanda son sutkada 568 nəfər COVID-19-dan sağalıb, 287 nəfər yoluxub, 10 nəfər vəfat edib
Portuqaliyada prezident seçkilərində sesvərmə başlayıb
Kəlbəcər rayonunun Comərd kəndi (FOTO/VİDEO)
Mövlud Çavuşoğlu: “MV Mozart” gəmisi limana daxil olan kimi azərbaycanlı mühəndisin cənazəsi Vətəninə göndəriləcək
Qazi və ailəsi sosial dəstəklə təmin olunur
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü ilə bağlı paylaşım edib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
İstixana sahiblərinə güzəşt olunacaq - "Azəriqaz"
Qobustan Qoruğu ziyarətçilər üçün açılır
Ötən il Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Füzuli rayonunun Aşağı Veysəlli kəndi (FOTO/VİDEO)
Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Porye "UFC 257" turnirinin əsas döyüşündə Makqreroru məğlub edib
Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur
Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar
Peyvəndləmənin effektivliyi neftin 60 dollara qədər bahalaşmasına imkan verəcək - Proqnoz
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır
Fransada ötən sutka koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb
Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır
Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib
İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb
Portuqaliyada prezident seçkiləri keçiriləcək
Britaniyada bir sutkada koronavirusdan 1 348 nəfər ölüb
Çili sahillərində 7 bal gücündə zəlzələ olub
Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb
Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər
Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub
Dəniz quldurları Türkiyəyə məxsus gəmini ələ keçiriblər, bir azərbaycanlı öldürülüb
Lənkəranda 14 yaşlı oğlan itkin düşüb, FHN axtarışlara başlayıb
Prezident İlham Əliyevin iqtisadi strategiyasının növbəti uğuru: "Dostluq" anlaşması - Həftənin Hadisəsi
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb
Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)
Nigeriyada qaz daşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb
İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif
Amerikalı telejurnalist Larri Kinq vəfat edib
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
Bütün xəbərlər