...

Ukrayna XİN: Azərbaycanla aviaəlaqənin bərpa olunmasında müsbət siqnallar var

İqtisadiyyat Materials 9 İyun 2020 13:54 (UTC +04:00)
Ukrayna XİN: Azərbaycanla aviaəlaqənin bərpa olunmasında müsbət siqnallar var

Bakı. Trend:

Ukrayna bəzi ölkələrlə, o cümlədən Azərbaycanla aviaəlaqənin bərpası məsələsini ikitərəfli səviyyədə müzakirə edir.

Trend-in məlumatına görə, bunu Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin deyib.

O bildirib ki, Ukrayna ilk növbədə müntəzəm uçuşların həyata keçirildiyi, eləcə də vətəndaşların girişinə məhdudiyyət olmadığı ölkələrlə aviaəlaqənin açılması məsələsini müzakirə edir:

“Biz bu məsələləri fəal şəkildə ikitərəfli səviyyədə müzakirə edirik. Artıq Azərbaycan, Bolqarıstan, Gürcüstan, Türkiyə və Kiprlə aviaəlaqənin bərpa olunması ilə bağlı müsbət siqnallar var. Diplomatlarımız digər dövlətlərlə də danışıqları davam etdirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti