Vüsal Qasımlı: Manatın real effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb

Vüsal Qasımlı: Manatın real effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb

Bakı. Trend:

COVİD-19 pandemiyası şəraitində manatın real effektiv məzənnəsi yüksəlir, hətta son 5 ildə ən yüksək həddə çatıb.

Trend-in məlkumatına görə, məsələni şərh edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, son beş ildə Azərbaycan iqtisadiyyatı ikinci dəfədir ki, xarici şokların təsiri altında tarazlıq səviyyəsini dəyişir: “Bu mənada manatın real effektiv məzənnəsinə müsbət və mənfi təsiri olan arqumentlər var.”

Onun sözlərinə görə, real effektiv məzənnənin Mərkəzi Bankın uçot dərəcəsi ilə düz mütənasib əlaqəsi vardır: “Son dəfə Mərkəzi Bank uçot dərəcəsini 7,25 faizdən 7 faizə endirmişdir. Bu qərar inflyasiyanın və inflyasiya gözləntilərinin azalması və valyuta bazarında stabilliyin davam etməsi, beynəlxalq konyunkturun qismən yaxşılaşması nəzərə alınmaqla, həmçinin investisiya fəallığının artırılması üçün qəbul edilmişdir. 3,5 milyard manatlıq anti-böhran tədbirlərinin həyata keçirilməsinə başlanması pul bazasının da may ayında 8,5 faiz genişlənməsinə zəmin yaradıb. Növbəti aylarda da pul bazasının fiskal siyasətin tələbinə uyğun olaraq bu ilin aprelində düşdüyü minimum səviyyədən artacağını proqnozlaşdırmaq mümkündür. Uçot dərəcəsinin aşağı salınması və pul bazasının genişlənməsi manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərir.”

Vüsal Qasımlı hesab edir ki, manatın real effektiv məzənnəsi milli iqtisadiyyatımızda məhsuldarlıqdan asılıdır: “Hazırda ölkədə əhali artımı və pandemiyanın təsiri altında ÜDM-in azalması məhsuldarlığı da azaldır. Bu ilin ilk beş ayında əhalinin hər nəfərinə düşən ÜDM 2,5 faiz azalıb. Beynəlxalq Valyuta Fondunun panel hesablamalarına görə, nisbi məhsuldarlığın 1 faiz artımı milli valyutanın real məzənnəsini 0,2 faiz bahalaşdırır. Azərbaycanda məhsuldarlığın azalması bu anlamda real effektiv məzənnəyə ucuzlaşdırıcı təsir göstərə bilərdi, sadəcə, ticarət partnyoru olduğumuz ölkələrlə müqayisədə məhsuldarlığın daha az düşməsi bu effekti “zərərsizləşdirir”. “Balassa-Samuelson” effektinə görə inkişaf etmiş və etməkdə olan ölkələrin qiymət fərqini doğuran onların iqtisadiyyatlarındakı fərqli məhsuldarlıq səviyyəsidir. Azərbaycanda alıcılıq qabiliyyəti paritetinə əsasən onsuz da qiymətlər inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. “Penn effekti” də bunu sübut edir. İndiki halda inflyasiyanın 2,9 faiz olması da alıcılıq paritetini əhəmiyyətli dərəcədə pozmağa imkan vermir. Üstəlik manatın digər partnyor ölkələrin ucuzlaşan valyutalarından fərqli olaraq ABŞ dolları qarşısında sabitliyini də nəzərə alanda, manatın real effektiv məzənnəsinin yüksəlməsinin səbəbləri aydınlaşır. İqtisadiyyatın məhsuldarlığının artırılması təkcə manatın sabitliyi deyil, bütövlükdə dayanıqlı iqtisadi artım üçün əsas hədəfdir.”

Vüsal Qasımlı həm də qlobal bazarlarda “qorxu indeksi”nin təsirlərinə də toxunub: ““Qorxu indeksi” – VIX-in (volatillik indeksi) bu il tarixi rekordlara qədər yüksəlməsi də göstərir ki, dünyada investorlar riskli aktivlərdən qaçırlar və inkişaf etmiş ölkələrdən artıq 100 milyard dollardan çox vəsait çıxıb. Bu hal bütün inkişaf etmiş ölkələrin tədiyyə balansı kəsirini bağlamaq üçün sərmayə cəlbini çətinləşdirir. Bu ilin ilk rübündə Azəraycanın tədiyə balansınında kəsirin yaranmasının səbəbi də daha çox kapital və maliyyənin hərəkəti hesabında 1,4 milyard dollar kəsir formalaşması ilə bağlı olmuşdur. Azərbaycan kimi “təhlükəsizlik” yastığı qalın olan ölkələr ehtiyat aktivlərin hesabına tədiyyə balansının kəsirini maliyyələşdirə bilirlər. Lakin belə üstünlüyü olmayan ölkələrdə real effektiv məzənnənin ucuzlaşması tədiyyə balansının kəsirinin qarşısını almaq üçün məhdud mübarizə üsullarından biridir. VIX-in (volatillik indeksi) 10 faiz ucuzlaşması inkişaf edən ölkələrin milli valyutalarının real effektiv məzənnəsini orta hesabla 2,5 faiz aşağı salır. Azərbaycanın strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi də tələb edir ki, cari əməliyyatlar balansında olan gərginlik xaricdən ölkəyə sərmayə cəlbi ilə tarazlaşdırılsın. Bunun üçün anti-böhran tədbirlərinə uyğun olaraq özəlləşdirmə, kapital amnistiyası, infrastrukturun yaxşılaşdırılması, insan kapitalının və institutların inkişafı, islahatların davam etdirilməsi və dövlətin təşviq alətləri həlledici ola bilər.”

“Beynəlxalq təcrübə göstərir ki, ölkə rezidentlərinin yerli aktivlərə sərmayə yatırması da milli valyutanın real effektiv məzənnəsinə müsbət təsir göstərir” deyən Vüsal Qasımlı bildirib ki, məsələn, yaponların yerli aktivlərə sərmayə yatırması iqtisadiyyatın maliyyələşdirilməsində əhəmiyyətli rol oynayır: “Bakı Fond Birjasında və birjadan kənar bazarda dövr olunan minlərlə şirkətlərin səhm və istiqrazlarına, Azərbaycan hökumətinin və Mərkəzi bankın notları və istiqrazlarına, həmçinin daşınmaz əmlak və digər aktivlərə, hətta yerli startaplara rezidentlərimizin sərmayə yatırması səmərəli olardı. Dövlətin borc strategiyasına əsasən xarici borcun bir hissəsinin daxili borcla əvəzlənməsi, hətta Asiya İnkişaf Bankı (ADB) kimi investorların manatla borc verməsi milli valyutamızın real effektiv məzənnəsinə müsbət təsir edir. Yerli aktivlərə sərmayə yatırılması ölkədə bazar infrastrukturunun inkişafı, xüsusən də vasitəçilik institutlarından çox asılıdır. Məsələn, Azərbaycanda bir tərəfdən “EnterpriseAzerbaijan.com” portalına toplanan kifayət qədər startap, digər tərəfdən isə yığımını səmərəli yerləşdirmək istəyən çoxlu insanlarımız var. Amma inkişaf üçün vəsaitə ehtiyacı olan və bu vəsaitə malik olan tərəfləri bir yerə gətirən vasitəçilər yetərincə deyil. Bu baxımdan ölkədə investisiya fondları, investisiya şirkətləri, brokerlər, kraudfandinq və kraudinvestinq platformalarının inkişaf etdirilməsinə ehtiyac var.”

V.Qasımlının fikrincə, beynəlxalq təcrübədə ÜDM-in gözlənilən artım proqnozlarının milli valyutanının real effektiv məzənnəsinə müsbət təsiri sübut olunub: “Bu il əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadi geriləmə olacağı halda, növbəti ildən iqtisadi artımın bərpa olunması proqnozlaşdırılır. Hazırda hökümətdə növbəti il və daha sonrakı üç il üçün ÜDM proqnozları üzərində hesabalamalar gedir. BVF-nin panel hesablamalarına görə, ÜDM-in 1 faizlik artımı milli valyutanın real effektiv məzənnəsini 2,5 faiz yüksəldir.”

Onun qənaətinə əsasən, real effektiv məzənnəyə təsir göstərən amillərdən biri də xarici ticarət şərtidir: “Azərbaycanda bu il ixrac qiymətləri (əsasən də neft qiymətləri – red.), idxal qiymətlərinə nisbətən daha çox ucuzlaşıb. Beləliklə, xarici ticarət şərti pisləşib ki, bunun da real effektiv məzənnəyə təsiri mənfidir. Manatın məzənnəsi xarici şokların təsiri qarşısında amortizator rolunu oynayır. İndiki halda məzənnə siyasəti vasitəsilə hökumət və Mərkəzi Bank qlobal zərbənin yerli istehlakçılara təsirini yumşaldır. Tam üzən məzənnə siyasəti tətbiq olunan ölkələrdə xarici ticarət şərti pisləşəndə, dərhal daxili tələb və buna uyğun olaraq da idxal azalır. Azərbaycan kimi tənzimlənən məzənnə rejimi olan ölkələrdə də bu qədər çevik olmasa da, xarici ticarət şərtinin pisləşmə dərəcəsinə uyğun olaraq daxili tələbin və idxalın azalması baş verir. Buna “xərc effekti” deyilir. Bu ilin ilk 4 ayında həm də xarici ticarət şərtinin pisləşməsinə görə Azərbaycana idxal müqayisəli qiymətlərlə 40,5 faiz azalıb. Xarici ticarət şərtinin pisləşməsi “xərclərin yerdəyişməsi effekti”ni də yarada bilər. Belə ki, xarici ticarət şərti pisləşdiyindən, yerli istehlak və investisiyaları məhz yerli məhsulların istehsalına yönəltmək mümkündür. Beləliklə, təklif tərəfində də resursları yerli qeyri-ticari məhsullardan ticari sektora yönəltmək olar. Məsələn, Azərbaycanda tibb sənayesinin inkişafı üçün pandemiya dövründə addımlar atılır. Bunun üçün də real effektiv məzənnənin yumşalması uyğun görünür.”

Vüsal Qasımlı daha sonra deyib ki, özəl sektora verilən kreditlərin ÜDM-də xüsusi çəkisinin böyüməsi də milli valyutanın real effektiv məzənnəsini artırır: “Azərbaycanda pandemiya şəraitində kreditlərin restrukturizasiyası üzrə müraciətlərin icrası, faizlərin subsidiyalaşdırılması və zəmanət dəstəyinin genişləndirilməsi kredit portfelinin böyüməsinə imkan verir. Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20 faizini təşkil edir və orta dünya göstəricisinə - 130 faizə çatması üçün böyük potensialı var. Dünya üzrə hesablamalar göstərir ki, özəl kredit portfelinin ÜDM-ə nisbətinin 10 faiz artması milli valyutanın real effektiv məzənnəsini 1,3 faiz bahalaşdırır.”

Vüsal Qasımlı sonda bildirib ki, manatın real effektiv məzənnəsinin yüksəlişi iqtisadiyyatın rəqabət qabiliyyətinə mənfi, əhalinin alıcılıq qabiliyyətinə isə müsbət təsir göstərir: “İndiki halda seçim Azərbaycan vətəndaşının marağıdır.”

AZTA regionlarda beş yeni nümayəndəlik açıb
AZTA regionlarda beş yeni nümayəndəlik açıb
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq
Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
Loading Bars
Xəbər lenti
“Berliner Press” nəşri Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə məlumat dərc edib
Fransada bıçaqlı hücum - Yaralılar var
Daha 3 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi (FOTO)
Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək
İranda 207 nəfər koronavirusdan ölüb
İtaliyalı ekspert: BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrası üçün mexanizm yaradılmalıdır
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
DİM ali məktəblərə boş qalan plan yerləri ilə bağlı müraciət edib
Azərbaycaycanda online satış fırıldaqçılığı - onlara aldanmayın (FOTO)
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
İpoteka girovlarının qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılıb
Altıağacdakı "Cənnət bağı"nda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Yunanıstan səfiri ilə görüşüb
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək (FOTO)
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı
Deputat: Ermənistanın məqsədi danışıqlar prosesini tamamilə fiaskoya uğratmaqdır
İstixanalar borclarını ödəməyə başlayıb - "Azəriqaz"
Fransanın dövlət borcu rekord həddə çatıb
Romada ictimai nəqliyyat işçilərinin tətili - Şəhərdə hərəkət iflic olub
Deputat: Koronavirus qlobal pandemiya elan olunan ilk gündən Azərbaycanda məhz insanların sağlamlığı önə çəkildi
Sabah 33 dərəcəyədək isti olacaq
Azərbaycan nefti ucuzlaşdı
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 42,5 milyon manat ayrılıb - Sərəncam
Azərbaycan Prezidenti: Ermənistan müharibəyə hazırlaşır
Prezident İlham Əliyev: Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir
Prezident İlham Əliyev: Region daha təhlükəsiz bir məkana çevrilməyib, vəziyyət mənfi məcraya doğru gedir
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib
Qazaxıstanlı politoloq: Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır
Suraxanıda 2 əl qumbarası tapılıb (FOTO)
İrandan gizli şəkildə 3 minə yaxın dərman keçirmək istədilər (FOTO/VİDEO)
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO)
Gəncə şəhər Auditor təşkilatının sabiq direktoru həbs edildi
Karantini pozan çay evinin sahibi və müştəriləri cərimələnib
"Torqovı"da tavanı çökmüş bina bərpa edildi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Ermənistan Qarabağa terrorçuları köçürür: ASALA-nın orada olması barədə faktlar var
Bakıda 27 136 uşaq məktəbəhazırlıq qruplarına gedəcək
DƏMX: Məzuniyyətin bölünmüş hissələrdən biri 2 həftədən az olmamalıdır
Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini keçdi
Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı
Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Türkmənistanda parlament ikipalatalı olacaq
Əmək Müfəttişliyi işçilərin şənbə və bazar günü işləməsinə münasibət bildirdi
Vəkillər Kollegiyasının Aparat rəhbəri vəzifəsindən azad edildi
BMT Prezident İlham Əliyevin çıxışını xüsusi xəbər kimi yayıb
BMT-nin Ali Komissarının nümayəndələri Vəkillər Kollegiyasının sədri ilə görüşüb
İki dəfə daha ucuz qiymətə ödəniş üzükləri!
Mingəçevir Dövlət Universitetinin rektoru tələbə adı qazananları təbrik edib
Azərbaycan ötən il xaricə 13.4 milyon dollarlıq tütün satıb
COVİD-19 xəstəliyinin diaqnostikasında nələrə diqqət etməliyik?
Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir
Təcrübəsiz işə qəbul? - “Rabitəbank”da bu mümkündür!
Bakı Slavyan Universitetində tələbələrin qeydiyyatı onlayn formada həyata keçirilir
Ermənistanda koronavirusa gündəlik yoluxma sayı 400-ə yaxınlaşır
COVİD-19-la mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə avqust əlavələri ödənildi
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO) (YENİLƏNİB)
Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edirlər (FOTO/VİDEO)
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Pensiyaçı vəsaitini kartda neçə müddət saxlaya bilər?
MİDA mənzil seçimi etmiş vətəndaşlar barədə statistik məlumatları açıqlayıb
“Azərişıq” son günlər 19 qanunsuz qoşulma aşkar edib (FOTO/VİDEO)
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
Hesablayıcı Komissiyasının üzvü seçiləcək
DSX Azərbaycana külli miqdarda narkotik keçirən şəxsləri yaxalayıb (FOTO)
Azərbaycan Kubada səfirlik açacaq
Fermerlərə şad xəbər - Ammofos gübrəsinin qiymətləri endi (VİDEO)
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə 359 min manat ödənilib
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi məlum oldu
Rezidenturaya ixtisas seçimi bu gün başa çatır
Sərhədyanı kəndin yolu təmir edilir (FOTO)
Politoloq: Ermənistan regionda təhlükə mənbəyi olan bir dövlətdir
Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır
Prokurorluq Bakıda nənəsi və bibisini öldürən şəxs barədə məlumat yaydı
Yaşa görə pensiyaların 88 faizi elektron qaydada təyin olunub
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Biləsuvarda ölümlə nəticələnən qəzanın görüntüləri (VİDEO)
"Prezident Heydər Əliyev" tankerinin əsaslı təmiri yekunlaşıb
İndiyə qədər 35 000 kubmetr oduncaq tədarük olunub
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Bakıda nənəsi və bibisini öldürən şəxs saxlanıldı
Sentyabrın 25-də xarici valyutaların manata qarşı məzənnələri
Evdə kişi meyiti tapılıb
Lənkəranda yük avtomobili yanıb
"Google"ın işində qüsurlar yaranıb
AİB Azərbaycana 450 min ABŞ dollarından çox vəsait ayırıb
Çində sutka ərzində daha 8 nəfər koronavirusa yoluxub
Yaponiyada rəqəmsal texnologiyaların inkişafı üçün 130 milyon dollara yaxın məbləğ ayırıla bilər
Fransada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb
Tərtər rayonunda ev yanıb
Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb
"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb
Prezident İlham Əliyev: Ermənistanda faktiki olaraq diktatura qurulub
Azərbaycan Prezidenti: Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik
Azərbaycan Prezidenti: Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır
Prezident İlham Əliyev: Ermənistanın məqsədi işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır
Azərbaycan Prezidenti: Biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq
Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
Bütün xəbərlər