...

Bu ilin ilk 6 ayı ərzində 327,6 milyon manatlıq tikinti materialı istehsal olunub

İqtisadiyyat Materials 17 İyul 2020 15:08 (UTC +04:00)
Bu ilin ilk 6 ayı ərzində 327,6 milyon manatlıq tikinti materialı istehsal olunub

Bakı. Trend:

Yanvar-iyun aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 327,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz azalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, həmin dövrdə tikinti gipsinin istehsalı 2,1 dəfə, tikinti kərpicinin istehsalı 15,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 3,6 faiz artıb.

Sementin istehsalı 2,4 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 26,7 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 41,1 faiz, tikinti əhənginin istehsalı 41,3 faiz, asfaltın istehsalı 41,5 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 64,5 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti