...

AQTA əməkdaşları əkin sahələrində fitosanitar müşahidələr aparıblar

İqtisadiyyat Materials 4 Avqust 2020 18:08 (UTC +04:00)
AQTA əməkdaşları əkin sahələrində fitosanitar müşahidələr aparıblar

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

AQTA-dan Trend-ə bildirilib ki, Agentliyin fitosanitar müfəttişləri bu dəfə Bərdə, Tərtər, Yevlax və Ağdam rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birgə əkin sahələrində monitorinq keçiriblər. Monitorinq zamanı əkin sahələrində 8.8 hektar sahədə təhlükəli karantin alaq otu olan tikanlı quşüzümü (Solanum rostratum Dunal.) ilə sirayətlənmə aşkar edilib.

Təhlükəli karantin alaq otunun digər sahələrə yayılmasının qarşısını almaq məqsədi ilə 4.5 hektarda kimyəvi, 4.3 hektarda isə mexaniki üsulla mübarizə tədbirləri həyata keçirilib. Mexaniki üsulla mübarizə nəticəsində sahədən yığılmış tikanlı quşüzümü yandırılaraq məhv edilib.

Dərmanlanmış sahələrin kənarlarına isə kimyəvi mübarizənin aparıldığı barədə xəbərdaredici lövhələr quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti