...

“Atəşgah” SŞ ictimai çimərliyi tullantılardan təmizlədi!

İqtisadiyyat Materials 28 Avqust 2020 14:42 (UTC +04:00)
“Atəşgah” SŞ ictimai çimərliyi tullantılardan təmizlədi!

Bakı. Trend:

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu “Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq” vizyonunu ön tutaraq, ətraf mühitin mühafizəsinə öz töhfəsini vermək məqsədilə Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən ictimai çimərliyi tullantılardan təmizləmişdir.

Şirkətin 20-ə yaxın əməkdaşının könüllü şəkildə iştirak etdiyi aksiya Xəzər Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Bununla yanaşı Xəzər Rayon Gənclər və İdman İdarəsinin gənc könüllüləri də bu tədbirdə iştirak ediblər.

Zəruri gigiyenik ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdən topladıqları tullantılar arasında ən çox rast gəlinən plastik əşyalar olduğunu müşahidə etmişdirlər. Toplanan tullantılar xüsusi nəqliyyat vasitəsi ilə ərazidən kənarlaşdırılmışdır.

Tullantıların ətraf mühitə törətdiyi mənfi nəticələri, o cümlədən tullantılar səbəbindən biomüxtəlifliyə vurulan zərər və itkiləri nəzərə alaraq “Atəşgah” Sığorta Qrupu mütəmadi olaraq bu istiqamətdə layihələr keçirmək niyyətindədir.

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti