Bakı. Samir Əli - Trend:
Neftçalada şəhərdaxili və qəsəbələrdə yolların əsaslı təmiri sürətlə davam etdirilir.
Bu barədə Trend-ə Neftçala Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri çərçivəsində yol infrastrukturunun inkişaf etdirilməsi əsas idtiqamət təşkil edir.
Hazırda şəhərdaxili və qəsəbələrdə yolların əsaslı şəkildə təmir olunmasına start verilib. Şəhərin S.Bayramov, İ.Əbilov, Pambıqçı, C.Abdullayev, Həsənabad qəsəbəsində H.Z.Tağıyev, M.Ə.Sabir, digər küçələrində əsaslı təmir işləri görülüb və davam etdirilir.
Sakinlərin rahatlığı üçün plan üzrə bütün yollarda təmir bərpa işlərinin həyata keçiriləcəyi nəzərdə tutulub.