...

Pandemiyaya görə işsiz qalan vətəndaşlara 450 milyon manat kompensasiya verilib

İqtisadiyyat Materials 11 Yanvar 2021 09:53 (UTC +04:00)
Pandemiyaya görə işsiz qalan vətəndaşlara 450 milyon manat kompensasiya verilib

Bakı. Samir Əli - Trend:

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 100 min nəfər vətəndaşın məşğulluğu təmin edilib.

Trend-in məlumatına görə, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyalarla iş şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, il ərzində 90 min ictimai iş yeri yaradılıb: "Onlardan 38 mini daimi, 50 mini isə iki aylıq müvəqqəti xarakter daşıdı".

Nazirlik rəsmisi bildirib ki, pandemiya dövründə 600 min nəfər birdəfəlik maddi yardım alıb: "Ötən il bu ödəmə 6 dəfə həyata keçirilib. Ümumilikdə bunun üçün 450 milyon manat vəsait xərcləndi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti