Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 9-da 68,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,26 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır.