...

"AvtoVAZ" bir neçə modelin istehsalını dayandırıb

İqtisadiyyat Materials 14 İyul 2021 15:14 (UTC +04:00)
"AvtoVAZ" bir neçə modelin istehsalını dayandırıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiyanın "AvtoVAZ" şirkəti bir neçə avtomobil modelinin istehsalını dayandırıb.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, qərar "Bosch Samara" şirkətinin elektron komponentlərinin tədarükündə yaranan qüsurlarla əlaqədar verilib.

Şirkət bildirir ki, komponent çatışmazlığına görə "Lada Xray", "Lada Largus", "Renault Logan" və "Renault Sandero" modellərinin istehsalı dayandılırıb.

Qeyd edək ki, "AvtoVAZ" iyun ayında da detal çatışmazlığı ilə əlaqədar bəzi modellərin istehsalını dayandırmışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti