...

Bakıda ən ucuz və ən bahalı kirayə mənzillər - QİYMƏTLƏR

İqtisadiyyat Materials 13 Sentyabr 2021 09:04 (UTC +04:00)
Bakıda ən ucuz və ən bahalı kirayə mənzillər - QİYMƏTLƏR

Bakı. Elçin Mehdiyev – Trend:

Avqust ayı ərzində Bakıda ən ucuz kirayə ev Hövsanda qeydə alınıb və qiyməti 170 manat olub. Ən bahalı kirayə mənzil isə 4500 manata Səbail rayonu ərazisində təklif edilib.

Bunu Trend-ə "MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, ümumi şəhər üzrə kirayə mənzillərin orta qiyməti 775 manat, o cümlədən 1 otaqlı mənzil 350 manat, 2 otaqlı mənzil 449 manat, 3 otaqlı mənzil 542 manat, 4 otaqlı mənzil 869, 5 otaqlı mənzil isə 1156 manat olub.

Onun sözlərinə görə, ümumilikdə avqustda ötən ayla müqayisədə Bakıda kirayə mənzil bazarında 0.36 faiz bahalaşma qeydə alınıb.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti