...

Qarabağda dabaq xəstəliyindən azad zona yaradılsa, ixrac imkanlarımız artacaq - Agentlik

İqtisadiyyat Materials 12 Noyabr 2021 14:30 (UTC +04:00)
Qarabağda dabaq xəstəliyindən azad zona yaradılsa, ixrac imkanlarımız artacaq - Agentlik

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycanda 2001-ci ildə dabaq xəstəliyinin yayılmasına görə bəzi hallarda iribuynuzlu heyvanların ixracında müəyyən məhdudiyyətlə üzləşmişik.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri Qabil Əbdüləliyev Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması mövzusunda keçirilən tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Azərbaycana bu xəstəlikdən azad statusu vermədiyi üçün məhdudiyyətlər davam edir:

"Lakin ərazilərimiz işğaldan azad olunduğu üçün həmin bölgələrdə dabaq xəstəliyinə görə azad zona kimi çıxış etmək imkanımız yaranıb. Şərqi Zəngəzur və Qarabağda dabaq xəstəliyindən azad zona yaradılması ilə çıxış etmək istəyirik. Hazırda tauna görə bütün ölkə, dabaq xəstəliyinə görə isə qeyd edilən bölgənin azad statusu almasından sonra ixrac imkanlarımız artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti