...

Bu pozuntuya görə iki yüz manat cərimə tətbiq olunacaq

İqtisadiyyat Materials 13 Dekabr 2021 11:35 (UTC +04:00)
Bu pozuntuya görə iki yüz manat cərimə tətbiq olunacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda turizm qanunvericiliyinin pozulmasına görə yeni cərimələr müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə edilir.

Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə tətbiq olunacaq.

Məcəlləyə dəyişiklik Milli Məclisin dekabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti