Bakı. Sədrəddin Ağcayev - Trend:
Son bir neçə il ərzində Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 60 milyard dollar təşkil edib.
Bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, 2021-ci ilin doqquz ayı ərzində ölkə iqtisadiyyatına birbaşa xarici investisiyalar 580 milyon dollara bərabər olub.
"Hesab edirik ki, Azərbaycana investisiyaların bu cür tempi davam edərsə, biz tezliklə pandemiyaya qədərki göstəricilərə çata biləcəyik. Azərbaycan iqtisadiyyatına investisiyaların əsas drayveri qeyri-neft sektorudur. Bu ilin dekabrın əvvəlinədək investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz artaraq 2,5 milyard dollara çatıb", - deyə o bildirib.
Y.Abdullayev qeyd edib ki, bu gün Azərbaycanın qeyri-neft sektoru rekord göstəricilər nümayiş etdirir.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)