...

Özbəkistanda Azərbaycanın üzüm sortları yetişdiriləcək

İqtisadiyyat Materials 29 Dekabr 2021 14:30 (UTC +04:00)
Özbəkistanda Azərbaycanın üzüm sortları yetişdiriləcək

Bakı. Trend:

Özbəkistanda Azərbaycan üzüm sortlarının yetişdirilməsinə başlamaq planlaşdırılır.

Bu barədə Trend-ə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyinin nümayəndəsi Şohabbos Sanqilov deyib.

Onun sözlərinə görə, gələn ildən bu təşəbbüsün həyata keçirilməsi nəzərdə tutulur.

"Hazırda Özbəkistanda müvafiq laboratoriya sınaqları aparılıb. Biz məhz Azərbaycan üzüm tinglərini alıb Özbəkistanda becərməyi planlaşdırırıq. Bu, ölkələrimizin xammal bazasını genişləndirməyə imkan verəcək".

Bundan əlavə, o, Özbəkistanda istehsal olunan meyvə şərablarına Çin bazarında böyük tələbat olduğunu bildirib:

"Çin istehsal etdiyimiz şərab məhsullarının ən böyük istehlakçısıdır. 2021-ci ildə Çin ilə üç milyon dollar məbləğində müqavilə imzaladıq və şərab məhsullarının göndərilməsinə uğurla başladıq. 2022-ci ildə bu müqavilə çərçivəsində bir milyon dollardan çox (təxminən 500 min şüşə) dəyərində məhsulların göndərilməsi planlaşdırılır. Üzüm xammalının genişləndirilməsi üçüncü ölkələrin bazarlarında ölkələrimizin ixrac potensialının artmasına töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti