Bakı. Trend:
Rusiyanın "İrAero" aviaşirkəti Federal Hava Nəqliyyatı Agentliyi tərəfindən Moskva-Füzuli və Moskva-Zaqatala marşrutu ilə uçuşlar keçirməyə icazə alıb.
Trend bu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.
Xatırladaq ki, Füzuli beynəlxalq hava limanının açılışı oktyabrın 26-da baş tutub.
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.