Bakı. Sədrəddin Ağcayev - Trend:
Füzuli beynəlxalq hava limanına müntəzəm aviareyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır.
Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.
"Bu gün həmin hava limanına müntəzəm aviareyslər həyata keçirilmir. Füzuli beynəlxalq hava limanı müntəzəm reyslərin qəbuluna başlayandan sonra avtobusların hərəkətinin aviareyslərə uyğun uzlaşdırılması təmin olunacaq", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)