...

Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb

İqtisadiyyat 20 Yanvar 2022 14:47 (UTC +04:00)
Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın 2021-ci ilin yanvar-noyabr aylarında məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiya, 15,9 faizi Türkiyə, 14,0 faizi Çin, 5,5 faizi Almaniya, 4,0 faizi Ukrayna, 3,8 faizi ABŞ, 3,6 faizi İtaliya, 3,4 faizi İran, 2,4 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, hər biri 1,6 faiz olmaqla Braziliya və Fransa, 1,3 faizi Hindistan, 1,1 faizi Belarus, 1,0 faizi Vyetnam, 18,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti