...

Azərbaycan neftinin qiyməti 94 dollara çatır

İqtisadiyyat Materials 27 Yanvar 2022 10:47 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 94 dollara çatır

Bakı. Nəzrin İsrafilova - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 26-da 93,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,68 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 92,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,64 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 88,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,33 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 92,02 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,57 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti