...

Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 11 Fevral 2022 22:11 (UTC +04:00)
Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda görüş keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda "Becker Mining Europa Gmbh" alman şirkəti rəhbərinin Azərbaycana işgüzar səfəri çərçivəsində görüş keçirilib.

Trend xəbər verir ki, İnstitutun direktoru Natiq Seyidəhmədov, Azərbaycan Respublilasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Piri Quluzadə, müfəttişliklər rəisləri İsmayıl Nəsirov, Şahin Qaçabəyov və Becker Mining Europa Gmbh şirkətinin rəhbəri Samar Adjdadinin iştirakı ilə baş tutan görüşdə əsasən, əməkdaşlıq imkanları və şirkətin regionda planlaşdırılan fəaliyyəti haqqında geniş müzakirələr aparılıb.

İlk öncə direktor Natiq Seyidəhmədov institutun fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra Becker Mining Europa Gmbh şirkətinin rəhbəri Samar Adjdadi görüşdə alman şirkətinin fəaliyyətləri, o cümlədən layihə və təkliflərini tanıdıb.

Görüşdə eləcə də yeni işgüzar əməkdaşlıq üçün movcud imkanlar müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti