...

Vergi daxilolmaları 25 faizdən çox artıb

İqtisadiyyat Materials 18 Mart 2022 14:05 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin ilk iki ayında vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz artıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"2022-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz artaraq 1 mlrd. 830,4 mln. manat təşkil edib və proqnoz 108,7 faiz səviyyəsində icra olunub.

Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 41,8 faiz artaraq 1 mlrd. 398,8 mln. manat olub və proqnoz 108,7 faiz səviyyəsində yerinə yetirilib. Daxilolmaların 76,4%-i qeyri-neft-qaz sektorunun payına düşüb", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti