...

Rusiya ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 26 Aprel 2022 17:50 (UTC +04:00)
Rusiya ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci rübündə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 631 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında deyib.

Onun sözlərinə görə, Rusiya ümumilikdə Azərbaycanın üçüncü, qeyri-neft ixracında birinci ticarət tərəfdaşıdır.

"2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 12 faizdən çox artaraq 3 milyard dollara çatıb. Ümid edirik ki, müsbət dinamika bu il də davam edəcək. Qarşılıqlı investisiyalar da dinamik şəkildə artır. Rusiya Azərbaycana 6.3 milyard dollar, Azərbaycan Rusiyaya 1,2 milyard vəsait qoyub. Həmçinin, yerli bazarda Rusiya biznesi geniş təmsil olunub və hazırda Rusiya kapitalı ilə 1,13 minə yaxın müəssisə fəaliyyət göstərir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti