...

Rusiya şirkətləri azad edilmiş ərazilərdə layihələr üçün 17 müraciət təqdim edib

İqtisadiyyat Materials 26 Aprel 2022 18:25 (UTC +04:00)
Rusiya şirkətləri azad edilmiş ərazilərdə layihələr üçün 17 müraciət təqdim edib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində layihələrin reallaşdırılması üçün 17 müraciət təqdim edib.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında deyib.

Onun sözlərinə görə, Rusiya şirkətlərinin Azərbaycanda sənaye parklarında layihələrdə iştirakı üçün yaxşı perspektivlər var.

"Cəbrayıl rayonunda sənaye parkında "KamAZ" şirkətinin zavodunun tikintisi davam edir. Zavodun tikintisinin 2022-ci ilin iyulunda başa çatması planlaşdırılır. Eyni zamanda, ölkələr arasında yeni investisiya layihələri üzrə danışıqlar aparılır", - Ş.Mustafayev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti