...

Azərbaycan Rusiyadan gübrə və buğda tədarükünün artacağına ümid edir - Şahin Mustafayev

İqtisadiyyat Materials 26 Aprel 2022 18:48 (UTC +04:00)
Azərbaycan Rusiyadan gübrə və buğda tədarükünün artacağına ümid edir - Şahin Mustafayev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Rusiyadan gübrə və buğda tədarükünün artacağına ümid edir.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında deyib.

O xatırladıb ki, Rusiya Azərbaycana mineral gübrə və taxıl bitkiləri tədarükçüsüdür.

"2021-ci ildə Rusiyadan Azərbaycana 1,15 milyon ton buğda tədarük edilib, bu ilin birinci rübündə isə biz Rusiyadan iki milyon tona yaxın gübrə əldə etmişik. Gələcəkdə Azərbaycan bu tədarük həcmlərinin artacağına ümid edir", - Ş.Mustafayev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti