...

Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31 faiz artıb

İqtisadiyyat Materials 23 İyun 2022 12:14 (UTC +04:00)
Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31 faiz artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Rumıniya strateji tərəfdaşdır.

Trend-in məlumatına görə, bunu Rumıniya nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayev Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin qurulmasından artıq 30 il ötdüyünü, ötən dövrdə Azərbaycan-Rumıniya əlaqələrinin daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

Nazir 2019-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin, 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, həmçinin ötən illərdə imzalanmış 61 əməkdaşlıq sənədinin əlaqələrin getdikcə genişlənməsində xüsusi rolunu diqqətə çatdırıb.

O, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının göstəricisi kimi, ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin 31,3 faiz, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artdığını bildirib.

Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri qeyd edən S.Babayev Azərbaycanda Rumıniya və Rumıniyada Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edib. Parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının, Buxarestdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət göstərdiyini, Buxarestdə və Bakıda biznes forumlar və işgüzar görüşlərin keçirildiyini, bu və digər tədbirlərin əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb.

S.Babayev ümumilikdə, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığının ildən-ilə genişlənməkdə olduğunu qeyd edib. Hökumətlərarası birgə Komissiyanın bu növbəti iclasının da əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti