...

Azərbaycan Avropaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verməyə hazırdır - Səfir

İqtisadiyyat Materials 27 İyun 2022 16:02 (UTC +04:00)
Azərbaycan Avropaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verməyə hazırdır - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verməyə və tədarük həcmlərini artırmağa hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov Beynəlxalq Qara dəniz Araşdırmaları Mərkəzi və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin "Avropada enerji təhlükəsizliyi: cari vəziyyət, çağırışlar və gələcək imkanlar" adlı konfrans zamanı deyib.

"2021-ci ilin yanvarında Azərbaycan beynəlxalq tərəfdaşları ilə birgə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını başa çatdırdı. Bu layihə Avropa bazarlarına enerji ehtiyatlarının tədarükünün şaxələndirilməsinə xidmət edəcək", - deyə səfir bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanın qaz ixracı 22 milyard kubmetrə çatıb. Bu il həmin göstəricini 24 milyard kubmetrə çatdırmaq nəzərdə tutulur.

Səfir əlavə edib ki, 1994-cü ildən bəri Azərbaycan təkcə öz iqtisadiyyatının sabitləşməsində uğur qazanmayıb, həm də etibarlı enerji tərəfdaşına çevrilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti