...

Azərbaycanda rəsmi məşğulluğun mühüm artımı müşahidə olunur - Sahil Babayev (FOTO)

İqtisadiyyat Materials 14 Sentyabr 2022 18:53 (UTC +04:00)
Azərbaycanda rəsmi məşğulluğun mühüm artımı müşahidə olunur - Sahil Babayev (FOTO)

Bakı. Trend:

Azərbaycanda son üç il ərzində əhalinin məşğulluğu sahəsində genişmiqyaslı islahatlar keçirilib.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Dəyişən qlonal iqtisadiyyatın artım perspektivləri" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, nazirlik qeyri-rəsmi əmək fəaliyyəti səviyyəsinin azaldılması ilə bağlı işlər aparır.

"Son üç il ərzində Azərbaycanda rəsmi məşğulluq 30 faiz və ya 400 mindən çox əmək müqaviləsi artıb", - nazir deyib.

S.Babayev qeyd edib ki, bu artıma təşviq mexanizmlərinin yaradılması yol açıb.

"Son bir neçə ildə Azərbaycanda 55 minə yaxın mikro və kiçik müəssisə qeydə alınıb, ölkəmiz üçün bu, böyük göstəricidir. Bundan başqa, biz minə yaxın ixtisas müəyyənləşdirmişik. Nazirliyimiz bu ixtisaslar üzrə tədris alan tələbələrə dəstək göstərəcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti