...

Azərbaycanda avronun ucuzlaşması iqtisadiyyata necə təsir edəcək?

İqtisadiyyat Materials 4 Oktyabr 2022 09:27 (UTC +04:00)
Azərbaycanda avronun ucuzlaşması iqtisadiyyata necə təsir edəcək?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avronun ucuzlaşmasının Azərbaycan üçün həm müsbət, həm də mənfi nəticələri ola bilər.

Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, avronun ucuzlaşmasının əsas səbəbləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa başlaması, geosiyasi vəziyyət və enerji böhranıdır.

"Avronun ucuzlaşmasının ölkəmizə təsirini iki cür təsiri ola bilər. İlk növbədə ölkəmizə idxal olunan məhsulların qiymətinin ucuzlaşmasına təsir göstərə bilər. Bununla yanaşı Avropa ölkələrinə gedən turistlərimiz üçün əlverişli olacaq. Çünki Avrozonaya daxil olan ölkələrdə məhsullar və xidmətlər ucuzlaşacaq. Azərbaycan üçün bu vəziyyət müsbət məqamdır".

Ekspert qeyd edib ki, avronun məzənnəsinin aşağı düşməsi ölkəmizin iqtisadiyyatı üçün də mənfi təsirləri olacaq.

"Azərbaycandan Avropa ölkələrinə ixrac olunan malların qiymətində və gəlirin əldə edilməsində mənfi təsirləri olacaq. Azərbaycan Avropa ölkələrinə neft və qeyri-neft məhsulları ixrac edirik. Bu da ixracatdan gələn gəlirlərin azalmasıyla müşahidə oluna bilər. Avropa ölkələri ilə ölkəmizin iqtisadi əlaqələrinə nəzər yetirsək mənfi saldonu müşahidə edə bilərik", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən avronun məzənnəsi 1.6722 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti