Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 26-da 96,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 94,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,9 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 93,82 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,26 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)