Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 4-də 100,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,61 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 98,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,6 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,63 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 98,73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,92 dollar/barel çoxdur.