...

Türkiyənin energetika naziri ölkənin qaz qovşağı kimi rolunun genişləndirilməsi imkanları haqqında danışıb

İqtisadiyyat Materials 8 Noyabr 2022 20:23 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, İraq, Fars körfəzi ölkələri, İsrail qazı Türkiyədəki qaz qovşağına qoşula bilər.

Trend-in çərşənbə axşamı Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

Onun sözlərinə görə, Türkiyə milli enerji şəbəkəsini və boru kəmərinin imkanlarını genişləndirib:

"Türkiyə Avropadakı enerji böhranını nəzərə alaraq, qaz təchizatının etibarlılığının gücləndirilməsində mühüm rolu öz üzərinə götürüb. Bu gün qaz tədarükü Rusiya, Azərbaycan, İrandan həyata keçirilir. Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum kəməri ilə tədarük edir. TANAP ilə onun bundan sonra Avropa ölkələrinə nəqli imkanı var. Bundan əlavə, Balkan kəməri sayəsində Samsunda "Mavi Axın"ı aktivləşdirmək mümkün olub".

O, Türkiyənin təbii qaza olan ehtiyacının 40 faizini Rusiyanın təmin etdiyini vurğulayıb:

"Rusiyadan başqa, Türkiyə Xəzər regionundan, xüsusən də Azərbaycandan qaz alır, biz İran qazını da idxal edirik, İraqda qaz almaq imkanları var. Bizim İraqla sərhədə qədər uzanan boru kəmərimiz var. Bu, yeni bir alternativ ola bilər. Fars körfəzi ölkələrindən, yəni Birləşmiş Ərəb Əmirliklərindən, Qətərdən, Omandan Türkiyəyə qaz göndərmək mümkündür. Hazırda müvafiq danışıqlar aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti