...

Azad edilmiş ərazilərdə vergi uçotuna alınacaq sahibkarlara 10 il güzəşt ediləcək - Samirə Musayeva

İqtisadiyyat Materials 10 Noyabr 2022 12:02 (UTC +04:00)
Azad edilmiş ərazilərdə vergi uçotuna alınacaq sahibkarlara 10 il güzəşt ediləcək - Samirə Musayeva
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınacaq sahibkarlıq subyektləri vergi güzəştlərindən yararlana biləcəklər, yalnız banklar bu təşviqlərə aid deyil.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə uçota alınacaq vergi ödəyiciləri, əmlak, torpaq vergilərindən 10 il müddətinə güzəştlər əldə ediləcək.

“Bura satışdankənar gəlirlər də daxildir. İstehsal sahələri üzrə xammalın idxalı da 10 il müddətinə vergilərdən azad edilir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin turizm potensialı nəzərə alınaraq əmlak, torpaq vergilərindən azad olunmaqla yanaşı, ƏDV-nin geri qaytarılması üzrə faiz dərəcəsi 30% müəyyən olunub", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti