...

94 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

İqtisadiyyat Materials 12 Noyabr 2022 11:41 (UTC +04:00)
94 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında 93,8 min işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 34,6 min nəfəri işlə təmin edilib. 15,5 min nəfəri isə özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində mal və materiallarla təmin edilərək onlar üçün kiçik təsərrüfatlar qurulub.

Qeyd olunan dövrdə 3,8 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 39,9 min şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti