...

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat Materials 1 Dekabr 2022 12:36 (UTC +04:00)
Azərbaycan nefti bahalaşdı
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 87,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,61 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,91 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,20 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 86,54 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,6 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti