...

Azərbaycanda bu layihələrə güzəştlər və kompensasiyalar tətbiq ediləcək

İqtisadiyyat Materials 2 Dekabr 2022 12:20 (UTC +04:00)
Azərbaycanda bu layihələrə güzəştlər və kompensasiyalar tətbiq ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət-özəl tərəfdaşlığı layihəsinə güzəştlər, azadolmalar və kompensasiyalar şamil ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirə edilən “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsinə "İnvestisiya fəaliyyəti haqqında" qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar şamil ediləcək.
Özəl tərəfdaşa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla dövlət tərəfindən müsabiqənin şərtlər toplusunda nəzərdə tutulmuş aşağıdakı dövlət dəstəyi və təminatlar verilə bilər:

- dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün mal, material, xammal, avadanlığın verilməsinin təşkili;
- dövlət-özəl tərəfdaşlığı layihəsinin gəlirlərinin minimum səviyyəsinə təminat;
- dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində istehsal edilən məhsulların, göstərilən xidmətlərin, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat;
- subsidiyaların və (və ya) kreditlərin verilməsi, kapital qoyuluşu;
- tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat;
- Azərbaycan Respublikasının ərazisi va ya onun bir hissəsində xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müstəsna hüquqların verilməsi;
- dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan tərəfdaşın çəkdiyi xərclərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti