Bakı. Trend:
Yelo Bank-ın təşkilati dəstəyi ilə Avropa Gənclər Parlamentinin
(AGP) sessiyası keçirilib. Bankın Baş ofisinin tədbir zalında baş
tutmuş görüşdə xarici tələbələr də daxil olmaqla 150-dən çox fəal
və təşəbbüskar AGP üzvü iştirak edib. Görüşdə iqtisadi və sosial
məsələlər, gender bərabərliyi, qida təhlükəsizliyi, texnologiya və
s. üzrə gündəmdə olan ictimai məsələlər müzakirə edilib. Bu sahələr
üzrə 8 komitənin birgə əməyi nəticəsində hazırlanmış yekun
təkliflər paketi Baş Assambleya formatında ümumi müzakirəyə
çıxarılıb.
Qeyd edək ki, Yelo Bank Korporativ Sosial Məsuliyyət strategiyası
çərçivəsində gənclərin inkişafına yönəlmiş layihələrə dəstək olur.
Bu strategiya çərçivəsində Bank bir sıra yerli və beynəlxalq
gənclər təşkilatları ilə aktiv əməkdaşlıq edir. Əsas məqsəd
gənclərimizi bu kimi maarifləndirici tədbirlərə cəlb etmək və
onların şəxsi inkişaflarına töhfə verməkdir. Baş ofisin müasir
texniki avadanlıqlarla təchiz olunmuş və 400-ə yaxın auditoriyanı
əhatələyən tədbir zalında Bankın daxili tədbirləri ilə yanaşı,
maarifləndirici və sosial bir sıra tədbirlərin keçirilməsinə də
dəstək göstərilib.
Bank xidmətləri, həmçinin debet kart (https://www.yelo.az/az/individuals/cards/yelo-kart-debet/)
haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!