...

İnflyasiyaya təsir edən amillər arasında balans yaradılır – Mərkəzi Bank

İqtisadiyyat Materials 16 Dekabr 2022 12:21 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Son təhlillər inflyasiyanı artıran və azaldan faktorlar arasında tədricən balansın yarandığını göstərir.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

"Dünya ərzaq qiymətlərində azalma və bunun təsiri ilə tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin nisbətən səngiməsi inflyasiyaya azaldıcı təsir göstərə bilər. Qlobal iqtisadiyyatda aktivliyin azalması və əksər ölkələrdə pul siyasətinin sərtləşməsi də bu prosesə dəstək verir. Bununla belə, resessiya ehtimalının reallaşması bir çox inkişaf etməkdə olan ölkələrin xarici balansında əhəmiyyətli dəyişiklik yarada bilər.

Daxili inflyasiya risklərinə ilk növbədə məcmu tələbin izafi genişlənməsi aiddir. Artan xərclərin inflyasiyaya transformasiyasını məhdudlaşdırmaq üçün fiskal və monetar siyasətlər arasında effektiv koordinasiya bundan sonra da davam etdiriləcək, dayanıqlı məcmu tələb və təklif balansının yaradılması üçün zəruri qərarlar veriləcəkdir", - deyə AMB-nin məlumatında deyilir.

Bundan başqa, Mərkəzi Bank inflyasiya hədəf diapazonuna daxil olanadək məcmu tələbin izafi genişlənməsini məhdudlaşdıracaq monetar şəraitin yaradılmasını təmin edəcək.

"Pul siyasəti və faiz dəhlizi ilə bağlı növbəti qərarlar inflyasiya mühitində müşahidə olunan amillər və bu amillər üzrə gözlənilən dəyişikliklərin miqyasından asılı olaraq veriləcəkdir. Pul siyasətinin yeni əməliyyat çərçivəsinin maliyyə sektorunda faizlərə təsir imkanlarından asılı olaraq faiz dəhlizinin eninin bundan sonra da daraldılması nəzərdən keçiriləcəkdir", - deyə məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti