Bakı. Trend:
Azərbaycanda ilk dəfə istifadəyə veriləcək ödənişli yolun əksər hissəsində işlər yekunlaşıb.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, yolun artıq əksər hissəsi tam asfaltlanıb: "Yolun böyük bir hissəsində artıq asfaltlanma işləri icra olunub. Əsas hissəsində ilin sonuna kimi işlər yekunlaşacaq. Müəyyən işlər isə gələn il ilin birinci yarımilliyində başa çatdırılacaq".
A. Nəcəfli bildirib ki, artıq yolda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb.
Xatırladaq ki, tikintisi aparılan Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolu ölkədə ilk sürət yolu olacaq. Adıçəkilən magistral yol ödənişli olacaq.