...

Azərbaycanda özəl aviaşirkət bağlanıb

İqtisadiyyat Materials 7 Mart 2023 13:12 (UTC +04:00)
Azərbaycanda özəl aviaşirkət bağlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda "Turan Air" MMC özəl aviaşirkəti bağlandığını elan edib.

Trend-n məlumatına görə, Azərbaycanın ilk özəl aviaşirkəti olan Turan Air 1994-cü il aprelin 16-da təsis olunub və nizamnamə kapitalı 2,47 milyon manat təşkil edib. MMC-nin təsisçisi Gülnarə Quliyeva olub.

Məlumata görə, kreditorlar MMC-yə qarşı tələblərini Heydər Əliyev Beynəlxalq Hava Limanına göndərə bilərlər.

Xatırladaq ki, "Turan Air" MMC-nin ilk təsisçiləri "Azərbaycan Hava Yolları" QSC və ABŞ-nin ITI Trading International şirkəti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti