...

“Airspace World 2023” sərgisində EUROCONTROL-un və ICAO Şurasının rəhbərləri AZANS-ın stendini ziyarət ediblər (FOTO)

İqtisadiyyat Materials 9 Mart 2023 17:49 (UTC +04:00)
“Airspace World 2023” sərgisində EUROCONTROL-un və ICAO Şurasının rəhbərləri AZANS-ın stendini ziyarət ediblər (FOTO)

Bakı. Trend:

9 mart 2023-cü il, Bakı – Azərbaycanın hava məkanın qlobal aviasiya şəbəkəsində vacib rolu İsveçrənin Cenevrə şəhərində təşkil olunan beynəlxalq “Airspace World 2023” sərgisində vurğulanıb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, bu barədə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) baş direktoru Raul Medina və ICAO Şurasının prezidenti Salvatore Şakitano AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) stendini ziyarət edərkən bildiriblər.

EUROCONTROL-un baş direktoru Raul Medina ucuşların səmərəliliyinin təmin edilməsi və ekoloji göstəricilərin yaxşılaşdırılması üçün bütün aviasiya sənayesi oyunçuları arasında əməkdaşlığın vacibliyini qeyd edib. O, həmçinin, bildirib ki, bu məqsədlərə nail olmaq üçün qonşu dövlətlərlə sıx əlaqələrin qurulması xüsusi əhəmiyyət kəsb edir.

Bu xüsusda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa, hava məkanından istifadəyə və regionda dinamik axının idarə olunmasına görə minnətdarlıq ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti