...

Azərbaycan nəqliyyat infrastrukturunun gücləndirilməsi üzərində çalışır - Rəşad Nəbiyev (FOTO)

İqtisadiyyat Materials 15 Mart 2023 11:44 (UTC +04:00)
Azərbaycan nəqliyyat infrastrukturunun gücləndirilməsi üzərində çalışır - Rəşad Nəbiyev (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan nəqliyyat infrastukturunun gücləndirilməsi üzərində çalışır və mühüm resurslara sərmayə qoyur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə bu gün Bakıda keçirilən çoxtərəfli görüşdə deyib.

Onun sözlərinə görə, ASCO və Bakı limanı Xəzər regionunun ən iri dəniz strukturlarıdır.

"Bundan başqa, "Silk Way" aviaşirkəti ən iri yük aviaşirkətidir. Həmçinin ötən il tranzit yük daşımalarında artım 75 faiz olaraq 11 milyon tona çatıb. Biz Bakı-Tbilisi-Qars (BTQ) yolu ilə yük axınının artırılması üzərində çalışırıq, Bakı limanının tikintisinin ikinci mərhələsinin layihələndirilməsinin isə bu ilin oktyabrınadək tamamlanacağı planlaşdırılır", - o deyib.

R.Nəbiyev həmçinin bu gün bir gəminin boşaldılmasının 12 saatdan 4 saatadək azaldığını qeyd edib.

"Nəqliyyat infrastrukturumuz demək olar ki, liman, gömrük və digər strukturlarla inteqrasiya üçün hazırdır. Bu gün biz artıq Gürcüstan və Qazaxıstandan olan həmkarlarımızla analoji işləri tənzimləmişik və bu bizə yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verib", - nazir deyib.

O həmçinin bir konteynerin Çindən Gürcüstan ərazisindən keçərək Azərbaycana çatdırılma qiymətinin 5 min dollardan 3,2 min dollara düşdüyünü və bu qiymətin yaxın üç il ərzində sabit qalacağını bildirib.

"Həmçinin Azərbaycan tərəfi "Boston Consulting" ilə birlikdə gömrük prosedurlarının rəqəmsallaşdırılması üzərində çalışır", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti